autism2

PROBLEM DAVRANIŞLAR

FAYDALI MƏLUMATLAR

Problem davranışlar uşaqların yeni bacarıqlar öyrənməsini və var olan bacarıqların istifadəsini əngəlləyən, uşağın və ailənin cəmiyyətə, günlük həyata adaptasiya olmağına mane olan və eyni zamanda uşağa zərər verən davranışlar olaraq tanıdılır. Valideynlərin və mütəxəssislərin aşağıdakı sualları özlərindən soruşaraq hansı davaranışların həqiqətən problem olduğunu, uşağın hansı davranışları üzərində daha əvvəl işlənməsi lazım
olduğunu öyrənə bilirlər.

Davranış uşağa zərər verirmi ?
Davranış digərlərinə zərər verirmi ?
Davranış uşağın öyrənməsinə təsir edirmi ?
Davranış uşağın cəmiyyətə qatılmasının qarşısını alırmı ?

Ana, ata və mütəxəssislər uşağın davranışlarını düşünərək problem olaraq qəbul etdikləri hər davranış üçün bu sualları cavabladığı zaman üzərində çalışmağı müəyyənləşdirdikləri davranışın həqiqətən porblem olub olmadığını təyin edəcəklər. Belə vəziyyətdə əgər bir davranış ailə və uşaq üçün zərərli deyilsə uşağın öyrənməsini ya da başqaları ilə birlikdə olmasını əngəlləmirsə üzərində tezliklə işlənilməsi lazım olmaya bilər. Heç bir davranış öz-özlüyündən ortaya çıxmır. Problemin ortaya çıxmasının səbəbləri vardır.
Davranışlara təsir eden faktorları, davranışın səbəblərini müəyyən etmək təsirli bir müdaxlə proqramı planlamaq və həyata keçirmək baxımından çox vacib olduğu üçün problem davranışa yol açan təməl səbəblər aşağıda qısaca açıqlanmışdır.

Psixoloji
Nevroloji
Ətraf təsirlər
Uşağa verilən çətin və uzun təlimatlar

Psixoloji səbəblər
İki yaşındakı uşaq istədiyi oyuncaqla oynaması əngəlləndiyi zaman qarşısındakı şəxsi dişləyə bilər. Ancaq uşaq böyüdükcə əsəbini, istəksizliyini daha fərqli yollarla ifadə etməyi öyrəndiyi və inkişaf olaraq özünü idarəedəbilə bacarığına sahib olduğu üçün dişləməz. Amma on bir yaşındakı uşağın əsəbləşdiyi vaxt qarşısındakı adamı dişləyirsə uşağın yaşıdlarından geri qaldığını göstərir.

Nevroloji səbəblər
Bəzən davranışlar nevroloji səbəblərdən meydana gələ bilər. Məsələn: tikləri olan biri istəksiz bir şəkildə qollarını, əllərini hərəkət etdirə, üzünü, burnunu fərqli formalara sala, yaxud göz qırpa bilər. Ayrıca uşaq ac və yuxusuz olarsa da normal çalışmaq mümkün olmaz. Çoxunun xəstə vaxtı qəbul etdiyi
dərmanlar yaxud xəstə olmağı ondan gözlənilən işi etməməsinə səbəb ola bilər. Digər tərəfdən başını davamlı olaraq yerə vuran ya da əlləri ilə qulaqlarını tutan uşağın qulaq ağrısı olma ehtimalı heç də az deyil. Bəzi mənbələr əsəb krizlərinin səbəbi kimi mədə və həzm problemləri ilə əlaqəli olduğunu açıqlayır.

Ətraf səbəblər
Uşaqların davranışına ətraf və ətrafın özünəməxsusluğu təsir edir. Bəzi davranışlar bir məkanda baş vermir. Məsələn : uşağın evdəkı davranışı ilə təlim mərkəzindəki davranışları eyni olmaya bilər. Uşağın ətrafındakı hər şey yaxud sadəcə bir şey davranış sərgiləməsinə səbəb ola bilər. Uşaq ətrafdakı şeydən çox narahatdısa bunu ünsiyyyət problemindən qaynaqlanaraq ifadə
edə bilmir. Bu səbəblə başını yerə vurur, qışqırır, ağlıyırsa bu nələrinsə yolunda getmədiyini gostərməkdədir.

Uşağa verilən çətin və uzun tapşırıqlar
Təlim sırasında uşağa tapşırığın verilməsi və o işi etməyi tələb olunması əslində edilməsi lazım olan bir yöntəmdir. Ancaq bu uşağa görə dəyişməlidir. Belə ki, verilən iş və ya tapşırıq uşağın normal inkişaf səviyyəsinə görə çətin ya da asan olarsa uşaq problem davranış göstərə bilər. Ona görə də uşağın problem davranışının olub olmadığını müəyyən etdikdən sonra onun
kökündə duran məsələləri aydınlaşdırmaq və bu yöndən uşağa dəstək olmaq lazımdır. Problem davranış məsələsi həllində bu ardıcıllığa əməl edilərsə müsbət yöndə müəyyən qədər nəticə əldə etmək mümkün olar.

Müəllif: Xəzan Şabanova / Birgə və Sağlam İctimai Birliyi Psixoloqu

1 thought on “PROBLEM DAVRANIŞLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir