FƏRDİ İNKİŞAF PLANI NƏDİR?

FAYDALI MƏLUMATLAR

Xüsusi təhsildə ən başlıca diqqət edilməsi vacib olan amillərdən biri fərdi inkişaf planıdır. Bir çox dünya ölkələrinin təhsil sistemində ümumi tədris planı ilə yanaşı xüsusi qayğıya ehtiyacı olan uşaqlara məxsus fərdi inkişaf planı da formalaşdırılmaqdadır. Fərdi inkişaf planı  vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz yaşıdları ilə birgə, eyni mühitdə təhsil alma şansına sahib olurlar. Beləliklə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, normal inkişaf edən uşaqlar bir-birlərini yaxından tanıma, yeni bilgilər öyrənmə və bir-biriləri ilə sosial ünsiyyətə girməyi öyrənirlər.

Fərdi İnkişaf Planı Necə Yazılır?

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara fərdi inkişaf planı formalaşdırmaq üçün ilk növbədə uşaqlar qiymətləndirilməlidirlər. Məsələn: WISC-R, Portec, PEP-R, Kaufman Uşaq Dəyərləndirmə Testi,  Bayley Uşaq İnkişaf Testi III, Denver II Testi və.s kimi testlərlə qiymətləndirmə aparıla bilər.

Fərdi inkişaf planı uzunmüddətli və qısamüddətli hədəflərdən ibarət olub, koqnitiv, nitq, motorika, sosial-emosional, özünəqulluq, akademik qavramalar və davranış problemlərinin həlli kimi bacarıqları özündə formalaşdırır.

Fərdi inkişaf planı qısa müddətli hədəflər (məs: muncuq düzmə, düz xətt çəkmə, piramida yığma, böyük motor bacarıqlarından birini təqlid etmə)  və uzun müddətli hədəflər (məs: diş fırçalama, paltar qatlama, oxuma-yazma, insanlarla dialoq qurma və.s) olmaq üzərə ikiyə bölünür.

Fərdi inkişaf  planında olan qısa müddətlli hədəflər uzun müddətli hədəflərə zəmin hazırlayır.

Fərdi inkişaf planında yazılan hədəflərin formalaşdırılması üçün:

– Hədəf davranışın mütəxəssis tərəfindən təsdiq edilməsi

– Hədəf davranışın dərsi izləyən üçüncü şəxs tərəfindən təsdiq edilməsi

– Hədəf davranışın mütəxəssisdən başqa hərkəsin təsdiq etməsi  vacibdir.

– Yazılan hədəflərdə diqqət edilməsi vacib olan nüanslar nələrdir?

– Hədəflər yazıldığında mücərrəd və naməlum kəlimələr istifadə edilməməlidir. (məs: başa düşər, anlayar, çalışar, xəyal qurar  və.s)

– Yazılan hədəf hərkəs tərəfindən müşahidə edilə bilməlidir.

– Yazılan davranışın qəbuledilən bir ölçmə meyarı olmalıdır. (məs: %80 faizlə, hər dəfəsində, 5 sınaq sonunda, 20 sınağın 15-ində, 1 dəqiqə müddətində, 30 saniyədə)

–  Hədəfin tətbiq edildiyi mühit mütləq qeyd edilməlidir. (evdə, sinifdə, həyətdə, ayaq üstdə, yerdə oturduğunda, masa arxasında vs.)

Fərdi İnkişaf Planına Uyğun Yazılan Uzunmüddətli Hədəf Nümunəsi:

Əhməd masanın üzərində olan şirniyyat, limon, şəkər, turşu ( xiyar, pomidor vs), acı bibər, bal, soğan vs kimi şəkillər arasından  təlimatçının “acı olanı göstər”, “şirin olanı göstər” vs kimi təlimatı ilə hər 5 sınaq sonunda doğru şəkildə işarət barmağı ilə seçib göstərər.