AUTİZM NƏDİR?

Autizm erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Lakin bu,qızlarda daha ağır formada özünü göstərir.Autizm anadangəlmə olub, beyin və sinir sisteminin fərqli quruluşu və ya fəaliyyətindən qaynaqlandığı qəbul edilən kompleks nevropsixiatrik bir pozuntudur.Başqaları ilə qarşılıqlı münasibətdə olmağa mane olaraq, fərdin öz daxili dünyası ilə baş-başa qalmasına yol açan auizm, ümumilikdə 3 yaşdan erkən ortaya çıxaraq fərdin sosial ünsiyyət, qarşılıqlı münasibət və davranışına mənfi təsir göstərir.

Autizmin yayılmasında ölkə, irq, mədəniyyyət və ya sosial-iqtisadi fərqlilik müşahidə edilmir.Uzunmüddətli fərdi təlim bugün bütün müalicələr sırasında ən təsirli olanıdır.

Autizmin səbəbləri bəzi genetik xəstəlikləri, doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı faktorlar ola bilər.Lakin autizm tək bir səbəbdən deyil, bir neçə faktorun bir araya gəlməsi nəticəsində meydana çıxır.

Azərbaycan Respubikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilmişdir.