myrtle beach family photography or family pictures or top myrtle beach family photographers 1

AİLƏ TƏHSİL PROQRAMLARININ ƏHƏMİYYƏTİ

FAYDALI MƏLUMATLAR

Autizm sindromlu uşaqların heç kimdən asılı olmadan yaşaması, inkişaf mərhələlərinə aid bir çox bacarıqları qazanması, göstərdiyi problem davranışların ortadan qalxması üçün reabilitasiya təhsili çox böyük əhəmmiyət kəsb edir.  Autizmli uşaqların reabilitasiya təhsili ilə yanaşı  onlara səbr, sevgi və anlayışla yanaşan ana ataya ehtiyacları vardır.

Spektr içərisində olan uşaqların inkişafı üçün illik tərtib edilən fərdi inkişaf planı ilə yanaşı ailənin də evdə tətbiq edəcəyi ailə təhsil proqramları da hazırlanmalıdır. Dünya statistikasına əsasən autizm sindromlu uşaqlar, ümumi inkişafları üçün həftəlik ortalama 40 saat xüsusi təhsil almalıdırlar. Bu 40 saatın yarısı reabilitasiya təhsilinə, digər yarısı isə məktəb və ev şəraitindəki təhsilə aid etmək olar. Ailə, mütəxəssislər tərəfindən tərtib olunan Ailə Təhsil Uşaq roqramı vasitəsi ilə reabilitasiya mühitində öyrəndiyi özünəqulluq, qavrama, koqnitiv və bunun kimi digər bacarıqları evdə və sosial cəmiyyətdə ümumiləşdirməsi üçün çalışmalıdır. Uşaq əldə etdiyi bacarıqları ev mühitində, təbii şəraitdə və ailənin digər fərdləri ilə birlikdə ümumiləşdirərsə qazandığı bacarıqlar daha qalıcı olar və həqiqi məna daşıyar.

Bir sözlə autizm sindromlu uşaqların inkişafı üçün reabilitasiya təhsili, ev təhsili, məktəbəqədər  və məktəb təhsili, idman məşğuliyyəti və birçox sosial fəaliyyətlər zəruridir.

Nərmin Rəhimli

Psixoloq, Psixoterapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir