Autism1

AUTİZMLƏ HƏYAT VƏ AİLƏ

FAYDALI MƏLUMATLAR

Ailələrin çoxu uşaqlarının autizm sindromlu olduğunun fərqinə gec varır. Belə ki, autizmli uşaqlarla digər uşaqlar arasında fiziki cəhətdən heç bir fərq görsənmir. Bəzi autizmli uşaqlar çox hərəkətli olurlar. Xüsusiyyətlərini sadalayacaq olsaq, autizm sindromlu uşaqlar adları ilə onlara səsləndiyimizdə baxmırlar, göz kontaktı qurmaqda çətinlik çəkirlər, hər hansı bir fəaliyyətə diqqətlərini toplaya bilmirlər. Bütün bunlar məhz uşağın hərəkətli olmağı ilə əlaqələndirilir. Bəzi autizmli uşaqlar isə daha sakit bir xarakterə sahibdirlər, çox diqqət çəkməz və hətta “ağıllı” (uslu) uşaq olaraq adlandırılırlar. Bu səbəblə də ailələr övladlarında hər hansı bir “problem” olduğunu düşünmürlər. Əksinə, uşağı inkişaf edən bir varlıq olaraq ələ alırlar və yaranan problemlərlə bağlı tez-tez “düzələr” deyə düşünürlər.

Bəs Autizm nədir?
Autizm, fərdin ətraf aləmdə baş verənləri analiz etməsinə və əldə etdiyi məlumatları həyatda tətbiq etməsinə əngəl olan inkişaf pozğunluğudur. Anadangəlmə də ola bilər, uşaqlıq dövründə ortaya çıxmış da ola bilər. Səbəbi dəqiq olaraq bilinməsə də, nevroloji faktorların olduğu ehtimal olunur. Autizm yaş qruplarına göre müxtəliflilik göstərir. Məsələn, * 1 yaş: gülümsəmir, jest və mimikaları yoxdur, diqqət əksikliyi olur, heç bir sözü səsləndirmir;
* 2 yaş: Adı çəkildikdə reaksiya vermir, tək qalmaq istəyir, heç nəyi işarət edə bilmir, sözlərdən söz birləşmələri qura bilmir;
* 3 yaş: fiziki təmasa qarşı həssaslıq ve rutin dəyişikliklərinə reaksiya vermək;

Bu səbəblə də, hər bir yaş qrupunda tətbiq edilən təlim proqramları fərqlidir.
Ümumiyyətlə, autizmli uşaqların biri digərindən kəskin şəkildə fərqlənə bilər. Eyni təlim proqramı hər kəsdə eyni nəticə verməyə bilər. Buna görə autizmli uşaqlara ayrı-ayrılıqda yanaşılmalı və mütəmadi olaraq tətbiq olunan təlimlərin nəticələri analiz edilməlidir. Tətbiq olunan təlim proqramının arzuolunan nəticəni verməsi üçün ailənin pedaqoqlarla ortaq hərəkət etməsi lazımdır. Bu işbirliyi nə qədər sıx olarsa, uşaqda təsiri bir o qədər çox olar. Belə ki. ailənin tətbiq olunan proqrama inanması, mərkəzdə/məktəbdə tətbiq edilən fəaliyyətlərin evdə təkrarlanması və ən əsası da uşaqla necə davranılması gərəkdiyini öyrənməsi lazımdır. Pedaqoqların mərkəzdə/məktəbdə başlatdıqları proqramları, ailə çöldə (küçədə), ictimai nəqliyyat vasitələrində, marketlərdə, ticarət mərkəzlərində, evdə qısacası uşağın hayatına toxunan hər sahəsində davam etdirməlidir. Lakin, praktikada bu sahədə axsaqlıqlar müşahidə olunur. Belə ki, autizmli uşağı olan ailələr bəzən digər insanların reaksiyalarından çəkinə bilirlər. Lakin, unudulmamalıdır ki, hər autizmli uşaq cəmiyyətin bir fərdidir. Autizmli uşaq cəmiyyətdən uzaq tutulmamalı, əksinə onlarla parklara gedilməli, oyun oynanmalı, nəqliyyət vasitələrinə minilməli və restoranlarda yemək yeyilib, gəzilməlidir. Onların da həyatı öyrənib, bu həyata uyğunlaşmağa ehtiyacları vardır. Autizmli  şaqlar dünyanı yaşıdlarından daha fərqli şəkildə dərk edirlər. Bu səbəblə, onlara xüsusi olaraq yanaşılmalıdır. Lakin, eyni zamanda onlara tipik davranışların göstərilməsi də ehmal olunmamalıdır. Valideyn bu iki format arasında tarazlığı qorumalıdır. Afərin deyərək, hədiyyələr vermək, ya da xeyir deyərək onun fərqli duyğuları öyrənməsinə köməklik göstərməlidir. Yalnız xoş rəftar göstərmək, irəlidə qarşılaşa biləcəyi problemlər qarşısında nə edəcəyini müəyyən edə bilməməyinə və psixoloji baxımdan stresə girməyinə səbəb ola bilər. Bütün bunları edərkən, texnologiya alətləri (kompüter, telefon, televizor, tablet və s.) uşaqlardan uzaq tutmalı, onların daha çox sosial olaraq inkişafına çalışılmalıdır. Texnologiya alətləri etdiyi pozitiv bir davranış nəticəsində motivasiyaedici olaraq istifadə edilə bilər. Əks halda uşaqlar sadəcə öz dünyalarında yaşamağa davam edəcək,  ətrafına sədd çəkərək sosyallaşmayıb, ətrafında baş verənlər onu maraqlanmayıb, ətrafda baş verənlərə reaksiya verməyəcəklər.

Müəllif: Günay Adıgözəlova

8 thoughts on “AUTİZMLƏ HƏYAT VƏ AİLƏ

  1. Elevate Learning Adventures with The Story Shack!

    A library of 200+ high-quality books tailored to the school curriculum.
    StoryShack’s Build a Book bundle features word searches, quizzes, creative coloring pages, high-quality images, and top SEO keywords.
    StoryShack’s StoryCraft Pro bundle includes the “Melody Minds Library” with 350+ music tracks and “AnimateMasters Pro,” offering 30+ categories of animations.
    And as if that’s not enough, here are the MEGA BONUSES:

    ✔ 100+ Mega Mazes Pack
    ✔ 100+ Sudoku Elements Pack
    ✔ 100+ Comic Book Template Pack
    ✔ 100+ Handwriting Practice Template Pack
    ✔ 100+ Kids Story Book Templates
    ✔ Canva Book Templates
    ✔ Additional beautiful content like journal prompts
    ✔ INCLUDED: The Ultimate Workbook

    Click https://ext-opp.com/StoryShack to explore The Story Shack e-Learning Collection and seize the opportunity for multiplied income!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir