111369410 whatsubject

ERKƏN MÜDAXİLƏ

FAYDALI MƏLUMATLAR

2013-cü ildə  Amerika Psixiatriya Assosiasiyasının (APA) təsnifat və diaqnostik  vasitəsi olan  DSM V-də Yayılmış İnkişaf Pozuntusu Autizm Spektrum Pozuntusu adı ilə yenilənmişdir. Aparılan tədqiqatlara görə autizm diaqnostikasını 2 yaşından başlayaraq qoymaq  mümkündür. Autizm sindromu sosial-emosional ünsiyyət bacarığı və davranış problemlərinə bağlı olan bir pozuntudur.

Sosial-Emosional Bacarığa Bağlı Olan Problemlər:

Sosial münasibətə qarşı etinasız olma

Səsə və ya adına reaksiya verməmə

Qarşı tərəflə göz kontaktı qurmama

Emosional ifadələrdən uzaq olma ( yersiz gülmə və ağlama buraya aid deyil)

Jestika və mimikalardan istifadə etməmə və ya minimum istifadə etmə

Qarşılıqlı və ya xəyali oyun oynamama

Birşey istədiyində demək və ya işarət etmək yerinə «əl ilə yönləndirmə»

Nitqin məhdud və ya tamamilə olmaması

Nitqdə «exolaliya», təkrarlanan nitq

Davranış Problemləri:

Şablon və təkrarlanan hərəkətlər  (stereotiplər)

Rutin və eynilikdə israr etmə

Sensor problemlər

Yemə problemləri ( az yemə, çox yemə, pika)

Yuxu problemləri

Diqqət problemi

Dünya araştırmalarına görə 0-2 yaş arası risk altında olan uşaqların erkən və sıx reabilitasiya ilə 40% ehtimalla yüz faiz nəticə əldə etdiyi qeydə alınmışdır.

Erkən Və Sıx Reabilitasiyası Aşağıdakı Xüsusiyyətləri Daşımaqdadır:

Uşaq erkən reabilitasiyaya üç yaşdan öncə başlamalıdır.
Reabilitasiya dəstəyi həftədə ortalama 40 saat, minimum 20 saat olmalıdır.
Reabilitasiya psixo-pedaqoji və loqopedik təlimlərlə yanaşı idman, oyun və musiqi terapiyalarından ibarət olmalıdır.
Reabilitasiyada hər bir uşağa məxsusi olaraq fərdi inkişaf planı hazırlanmalıdır.
Xüsusi təlimə uyğun hazırlanan fərdi inkişaf planında təqlid, eyniləşdirmə, qruplaşdırma, oyun, sosial-emosinal bacarıq, özünəqulluq bacarıqları, akademik bacarıqlar və ortaq diqqət kimi bacarıqlara  yer verilməlidir.
Reabilitasiya təlimində autizm sindromlu uşağa yeni bacarıqlar qazandırılmaqla yanaşı “Tətbiqi Davranış Analizi” metodu ilə stereotipik davranışlar ortadan qaldırılmalıdır.
Xüsusi təlimlə uşaqların qazandığı bacarıqlar sinif otağı, ev mühitində və sosial mühitdə ümumiləşdirilməlidir.
Erkən və sıx reabilitasiyada ailə təhsil proqramı ilə valideynlər də ev mühitində uşaqlarla çalışmalıdır.
Erkən və sıx reabilitasiyanın məqsədi fərdi reabilitasiya təlimi ilə başlayaraq,  getdikcə kiçik qrup, daha sonra böyük qruplar halında ən sonda isə inkluziv təhsillə ümumi təhsilə hazırlamaqdır.
Nərmin Rəhimli

Psixoloq-Psixoterapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir