273682911 4928812797157588 9005747019671827726 n

Autizm üzrə güclü mütəxəssis potensialının yaradılmasına dəstək

XƏBƏRLƏR

Autizmlə bağlı qabaqcıl beynəlxalq bilik və təcrübələrin Azərbaycana gətirilməsi;
Autizmli insanlar üçün dayanıqlılıq imkanlarının yaradılması.

bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TotalEnergies”, “Eni” – adından Azərbaycanda autizmlə bağlı məsələlərin həlli ilə məşğul olacaq və bu yönümdə səyləri birləşdirəcək yerli mütəxəssis təcrübəsinin yaradılması məqsədli layihəyə dəstək verir. Layihə Heydər Əliyev Fondu tərəfindən yaradılmış və yeni istifadəyə verilmiş Autizm Mərkəzinin çərçivəsində həyata keçirilir.

2021-ci ilin mart ayında başlamış layihənin ilk mərhələsində bir qrup yerli autizm mütəxəssisinə və bütün ölkəyə autizmlə bağlı xidmətlər göstərmək üçün Heydər Əliyev Fondu tərəfindən yaradılan yeni Autizm Mərkəzinin işçi heyətinə təlimlər keçilib.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz: “İnanırıq ki, Autizm Mərkəzinin yaradılması autizmlə bağlı bütün məsələləri cəmləşdirərək cəmiyyət olaraq birlikdə onların həll olunması istiqamətində çox önəmli bir addımdır. bp və tərəfdaşları öz səylərini Heydər Əliyev Fondunun səyləri ilə birləşdirərək autizmlə bağlı problemlərin həlli üçün hazırkı beynəlxalq tendensiyalar, müasir qlobal metodologiyalar və innovativ yanaşmalar üzrə güclü milli təcrübənin formalaşmasında Mərkəzə dəstək verməkdən məmnundur. Ümid edirik ki, Fond və bütövlükdə cəmiyyət ilə sıx işləyərək, autizmlə bağlı problemlərin həllinə yanaşmanı dəyişdirə və bununla da bir çox autizmli insanların – uşaqların və böyüklərin həyatını dəyişə bilərik.”

Layihə çərçivəsində 10 yerli autizm mütəxəssisinə təlimlərin keçilməsi və onlara beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq səviyyədə tanınmış ən müasir proqramlar əsasında keçirilir.

Layihəyə həmçinin 60 yerli mütəxəssisdən ibarət bir qrupa autizm spektr pozuntularının əsasları, diaqnostika, müdaxilə, təhsil, terapiya, reabilitasiya, idarəetmə, hesabatların hazırlanması və ehtiyacların qiymətləndirilməsi kimi mövzularda təlimlər də daxildir.

Bundan əlavə, layihə çərçivəsində autizmli insanların öz sosial və karyera bacarıqlarını inkişaf etdirmələri üçün kiçik biznes davamlılığı laboratoriyası yaradılacaq və təxminən 40 nəfər autizmli insanın gələcək həyatlarında uğurlu nəticələr əldə etməsi üçün onların özünüinkişaf və biznes planları hazırlamasına kömək göstəriləcək.

Layihədə həmçinin seçilmiş beynəlxalq tədris və metodiki materialların Azərbaycan dilinə tərcüməsi vasitəsilə beynəlxalq biliklərin ötürülməsi, Autizm Mərkəzi üçün ixtisaslı kadrların hazırlanması və autizmlə əlaqəli məsələlərin daha yaxşı başa düşülməsinə və cəmiyyətdə inklüziv düşüncə və davranışın gücləndirilməsinə yardım etmək üçün bir sıra ictimai maarifləndirmə kampaniyalarının təşkili də nəzərdə tutulur.

Layihənin müddəti 20 aydır və dəyəri təxminən 415000 AZN (244000 dollar) təşkil edir.

Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunur.

273643296 4928812860490915 3603233387003036995 n

273682911 4928812797157588 9005747019671827726 n

273694485 4928812813824253 913451087306310336 n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir