KASHALATA CAFE

– Kaşalata haqqında ümümi məlumat Kashalata kafe-atelye Birgə və Sağlam İctimai Birliyinin tərkibində autizmli yeniyetmə və gənclər üçün peşə təlimi sinifidir. Kafe – atelye 2017-ci il 25yanvar tarixində fəaliyyətə başlayıb və personalımız 10nəfər autizm sindromlu yeniyetmə və gəncdən ibarətdir. Kafe hissəsində uşaqlarımız günlük yaşam bacarıqları- çay dəmləmək, qəhvə hazırlamaq, waffle, tost kimi qəlyənaltıları hazırlamaq, qab yumaq, təmizlik etmək kimi vərdişləri qazanmaqla yanaşı, gələn qonaqları özləri qarşılayır və xidmət göstərirlər. Atelye hissəsində isə üzvlərimiz rəsm çəkmək, kitab oxumaq, müxtəlif aksesuarları hazırlamaq, toxuculuq, gil və keramikadan əl işlərini hazırlamaq öyrənirlər. Kafe-atelyedə peşə təlimi dünya təcrübəsində autizmlilərlə işləmə mövzusunda ən yaxşı bilinən ABA metodu vasitəsilə aparılır. Fəaliyyət cədvəlləri, motivasiya sistemləri və fərdi müəllimlərin yardımı ilə gənclərimiz dərs proqramlarını daha yaxşı mənimsəyirlər.


Kashalata adı Birgə və Sağlam İctimai Birliyinin yaranma səbəbi olan Həmzə Eynallıdan irəli gəlir. Həmzə autizm sindromlu 16 yaşında gəncdir. Həmzə hələ kiçik yaşlarında qida istəyini kaşık və salata sözlərini birləşdirib KASHALATA deyə bildirirmiş. Həmzənin valideynlərinin də ideyası ilə Azərbaycanda yeganə autizmlilər üçün peşə təlim məkanı Kashalata kafe-atelye yaradılmışdır.

– Kaşalatanın qonaqları
Kashalata kafe – atelyemiz ictimaiyyətə açıq bir təlim məkandır. Çoxlu sayda məşhurlar, dövlət xadimləri, rəsmilər, şirkət nümayəndələri Kashalata kafe- atelyenin qonağı olmuş, öz dəstəklərini göstərmişlər.

[instagram-feed num=9 cols=3]