ERKƏN MÜDAXİLƏ

2017-ci ildə verilən statistikaya əsasən (CDC: Centers for Disease
Control and Prevention) dünyaya gələn hər 59 uşaqdan biri autizm
riski daşıyır. Bu da dünya əhalisinin təxminən 1%-ni təşkil edir.
Autizmə oğlan uşaqlarında qız uşaqları ilə nisbətdə 4 vəya 5
dəfə daha çox rast gəlinir. Autizm spektr pozuntusu olan uşaqlar 0-2 yaş arasında erkən müdaxilə ilə həftədə ortalama 40 saat, minimum isə 20 saat sıx vən erkən reabilitasiya təlimi nəticəsində ciddi nəticələr əldə edirlər. Dünya statistikasına görə erkən və sıx reabilitasiya ilə autizm spektr riski daşıyan uşaqların 40%-ində bu risk ortadan qalxır.