MUSİQİ TERAPİYASI

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara öyrədilən bacarıqlardan biri də musiqidir. Dünya təcrübələri göstərir ki, musiqi terapiyası bir çox uşağın problem davranışlarının azalmasına və özlərini daha rahat ifadə etmələrinə dəstək olur. Musiqi terapiyası ilə uşaqların alıcı dil, ifadə edici dil, böyük motorika və ritmika bacarıqlarının inkişaf etdirilməsi ilə bərabər bir çox musiqi alətlərində ifa etmə qabiliyyəti öyrədilir. Musiqi terapiyaları valideynlərinin istəyinə uyğun olaraq həftə içi 40 dəqiqəlik seanslarla keçirilir.