Xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək, psixi sağlamlıqlarının qorunmasına kömək etmək, onların hüquqlarını qorumaq, sosial bərabərlik və inkluziya təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyəti maarifləndirmək.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial mühitdə sərbəst özünü idarə etmək bacarığını yiyələndirmək.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarını artırmaq.
Ölkədəki ASP-nın dəyərləndirilməsi və diaqnostikası ilə əlaqəli statistikanın dünya standartlarına gətirmək.
ASP olan uşaqların erkən diaqnostikası və sıx reabilitasiya almaları üçün maarifləndirmələrin işlərini aparmaq.
ASP olan uşaqlara Tətbiqi Davranış Analizinə əsaslanan tədris metodu ilə xüsusi təhsil vermək.
Ölkədə xüsusi təhsil və tədris metodlari ilə əlaqəli ədəbiyyati artırmaq.
Xüsusi qayğıya ehtiyacı olan hər bir uşağı elmi əsaslı, nəzəri və praktik biliklərə əsaslanan fərdiləşdirilmiş tədris planı tətbiq edərək etibarlı, və şəffaf təhsil mühit ilə təmin etmək.