İDMAN TERAPİYASI

Başda autizm olmaqla bir sıra inkişaf pozuntularında və uşaq serebral iflici kimi nevropsixiatrik pozuntularda istifadə olunan idman terapiyası bu kimi uşaqlarda müşahidə olunan aşağı əzələ tonusu, tənəffüs problemləri və digər fiziki problemlərin bərpasında istifadə olunur. Fiziki terapiya növü olan idman terapiyası idmanın terapevtik istifadəsinə əsaslandığı üçün təkmilləşdirilmiş xüsusi proqramların tətbiqi ilə həyata keçirilir.Yaş qrupuna və pozuntunun növünə görə fərqlənən bu terapiya proqramları uşaqların gündəlik funksionallığını artırır. Fəaliyyət cədvəlləri ilə tətbiq olunan idman terapiyası uşaqların sərbəst şəkildə heç kimə ehtiyac duymadan idman bacarıqlarına yiyələnmələrinə səbəb olur. İdman terapiyaları valideynlərinin istəyinə uyğun olaraq həftə içi 40 dəqiqəlik seanslarla keçirilir.