TƏHSİL

Reabilitasiya təlimində günlük 4 saat olmaqla psixo-pedaqoji, loqopedik təlimlər verilir. Psixo-pedaqoji və loqopedik təlimlərlə yanaşı idman, oyun və musiqi terapiyaları da reabilitasiyada inkişafa səbəb olan metodlardandır. Dünya statistikasında autizm spektrində olan uşaqların həftədə ortalama 40 saat, minimum isə 20 saat sıx və erkən reabilitasiya təlimi ilə çox ciddi nəticələrin olduğu qeyd edilir.